24 C
Baku
Friday, June 28, 2024

Yapon milli valyutası son 17 ayda ən yüksək həddə qalxıb

Aprelin 7-də Asiyanın ən böyük Tokio Fond Birjasında (TFB) hərraclar əsas göstəricilərin çox az miqdarda qalxması ilə yadda qalıb. Özündə ölkənin 225 aparıcı şirkətinin aksiyalarının məzənnəsini əks etdirən “Nikkei” indeksi əməliyyatların sonunda cəmi 0,22 faiz qalxaraq, 15 749,84 bəndində dayanıb. Daha geniş TOPİX indeksi isə 0,39 faiz qalxaraq 1272, 64-ə bərabər olub.

Tokioda artıq ikinci gündür ki, hərraclar kotirovkaların mənfi zonadan müsbətə və əksinə kiçik dəyişmələri ilə davam edir. Yaponiyanın milli valyutası olan yenin möhkəmlənməsi bazara güclü təsir göstərir. Belə ki, aprelin 7-də yenin dollara nisbətdə məzənnəsi 108,89 – 108,92 həddində qeydə alınıb və bu 2014-cü ilin oktyabrından sonra ən yüksək qiymətdir. Məhz həmin vaxt Yaponiya Mərkəzi Bankı monetar siyasətin yumşaldılmağa başladığını elan etmişdi.

yen stock
Tokio fond birjası, Yaponya |Vüqar Ağayev

Məsələyə münasibət bildirən Yaponiya hökuməti valyuta bazarında yaranmış vəziyyətdən narahat olduğunu və yenin məzənnəsinin sabitləşməsi üçün əlavə addımlar atılacağını bildirib. Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa aprelin 7-də keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, valyuta bazarında baş verən titrəyişlər ölkə iqtisadiyyatına və maliyyə sabitliyinə mənfi təsir göstərə bilər.

©AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər