24 C
Baku
Bazar, May 29, 2022

Yapon milyarderdən Ukraynaya 8.7 milyon dollar yardım

Yaponiyanın e-ticarət nəhəngi Rakuten-in milyarder baş direktoru Mikitani Hiroşi Ukrayna hökumətinə təcili yardım olaraq 1 milyard yen (8,7 milyon dollar) bağışlayacağını açıqlayıb.

Mikitani sosial media hesabında Twitter-də Ukrayna prezidenti Vladimir Zelenskiyə yazdığı məktubda Rusiyanın hərbi müdaxiləsindən “olduqca sarsıldığını” qeyd edib.

“Mənim fikirlərim sizinlə və Ukrayna xalqı ilədir”, – deyən yapon baş direktor, “Ukrayna xalqı adından cəsarətli müqavimətinizi görəndə, Ukrayna üçün nəsə edə biləcəyimi düşündüm” deyib.

O, həmçinin bildirib ki, “Ümid edirəm ki, Rusiya və Ukrayna bu problemi sülh yolu ilə həll edəcəklər və Ukrayna xalqı ən qısa zamanda sülh tapacaq”

Son xəbərlər
Oxşar xəbərlər