12 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Yapon şamları modellər toplusu

ulduzlar“Ulduzlar” 

“Ulduz” – balaca bədəni olan şamdır (istənilən rəngdə), o özündən əvvəlki daha böyük bədənli şam ilə qiymət fərqi yaradır. Şamların bədənlər arasındakı ölçü fərqi ulduzların yaranmasının əsas şərtidir (kölgələr hesaba alınmır).

«Ulduzlar» dörd dönüş modelinin tərkibinə daxildir

1. «Axşam ulduzu».

2. «Dan ulduzu».

3. «Doji ulduzu».

4. «Axan ulduz».

Dan ulduzu

danulduzu

Dib hissədə dönüş modeli

Üçüncü şam birinci şamın bədəninin kifayət qədər hissəsini örtür. İdealda – ulduzun qiymət fərqi həm birinci, həm də üçüncü şamlar arasında olur, (kölgələr hesaba alınmır) amma mütləq deyil.

Axşam ulduzu

Dan ulduzunun ayı əkizi

“Axşam ulduzu” yüksələn tendensiyanın sonunda xüsusi əhəmiyyət kəsb edir, amma ticarət dəhlizinin yuxarı hissəsində də baş verə bilər (müqavimət səviyyəsi).

Axşam ulduzu və Dan ulduzu üçün gücləndirici faktorlar

a) ulduzların bədəni ilə iki qonşu şamın bədəni arasında fərqlərin olması
b) üçüncü şamın bədəni birinci şamın bədəninin əhəmiyyətli hissəsini örtür
c) ilk ticarət sessiyası zaman balaca ticarət həcmi, və üçüncü ticarət sessiyası zamanı ticarət böyük həcm.

“Axşam və ya səhər doji ulduzları”

doji

Doji ulduzları adi ulduzlardan daha vacib modellərdir, belə ki, onun tərkibində doji var. Doji –açılış qiyməti bağlanış qiymətinə bərabər olan şamdır. Doji özündə tendensiyanın dəyişməsi ilə bağlı parlaq bir siqnalı əks etdirir.

Dönüş siqnalı kimi doji bazarın təməlində daha güclü təsdiq tələb edir, nəyinki yüksək (zirvədə olduqda). Zirvədə güclü doji siqnalı o zaman yaranır ki, uzun ağ şamdan sonra doji əmələ gəlsin.

Aşağı və ya yuxarı kölgəsi uzun olan doji (eləcə də hər iki kölgə) uzunayaqlı doji adlanır. Belə doji zirvədə əmələ gələrsə xüsusi vacib rol oynayır.

Uzun kölgələri və bərabər açılış və bağlanış qiymətləri olan və qiymət diapazonunun mərkəzində yerləşən doji “rikşa” adlanır. Əgər şam doji deyilsə, lakin çox uzun yuxarı və ya aşağı kölgəyə malikdirsə və bədəni balacadırsa onu “hündür dalğa” adlandırırlar. Yüksək dalğalar qrupu trendin deyişməsi siqnalı hesab edilir.

Daha bir vacib doji “məzar daşı” doji adlanır. Onun açılış və bağlanış qiymətləri gündəlik minimuma bərabər olur. Bəzən bazarın dibində formalaşır, amma onun əsas, xüsusi təyinatı – zirvənin formalaşması barədə siqnal verməkdir

Doji, xüsusən də əgər onlar vacib zirvələrdə və ya diblərdə rast gəlinərsə, bəzən dəstək və müqavimət sahəsi rolunda çıxış edə bilərlər. Əgər dojidən sonra şam əmələ gəlirsə (ağ yüksələn tendensiya zamanı və ya qara enən tendensiya zamanı), əmələ gələn qiymət fərqi (yüksələn tendensiyada və ya enən tendensiyada üzüaşağı), doji buğa və ya ayı siqnalı rolunu oynamır, yəni tendensiya əvvəlki tək qalır.

Ən güclü siqnal “atılmış körpə” adlanır. O, “doji ulduzları” ilə qonşu şamlar arasında kəskin qiymət fərqləri ilə xarakterizə olunur ki, bu zaman hətta kölgələr də kəsişmir.

“Harami (hamilə)”

harami

Udulma modelinin əksidir. “Harami” güclü siqnal hesab edilmir, o sadəcə tendensiyanın başa çatması ehtimalı ilə bağlı xəbərdarlıq edir. “Harami”-dəki şamların rənglərə görə fərqlənməsi mütləq deyil, amma adətən onlar kontrast rənglərdə olur. Kölgələrin əhəmiyyəti yoxdur.

“Xaç harami”

“Xaç Harami” modelində ikinci gün (period) ardıcıl şəkildə, balaca gövdəli şam deyil, doji əmələ gəlir. “Xaç Harami” olduqca əhəmiyyətli dönüş siqnallarına aid edilir, çünki onun tərkibində güclü doji vardır. “Xaç Harami”-ni dəhşətə gətirən model adlandırırlar. “Xaç Harami” dibdə də yarana bilər, amma onlar zirvədə olduqda daha effektiv olurlar

Son xəbərlər
Oxşar xəbərlər