5 C
Baku
Friday, March 29, 2024

Yapon şamları – qrafik analiz

Yapon şamları texniki analizin ən məşhur və qədimi növlərinə aiddir. Əksər treyderlər üçün onlar Foreks bazarında işləmək baxımından sadəcə əvəz edilməzdir.

Qrafikləri yapon şamları formasında təqdim edilməsi demək olar ki, bütün ticarət platformalarında vardır. Qrafiklərin bu növü bütün dünya üzrə treyderlər arasında ən məşhurlardan hesab olunur.

Yapon şamlarının məşhurluğunun sirri nədədir?

Qrafik alət kimi yapon şamları o qədər rəngarəngdir ki, onları istənilən texniki analiz aləti ilə istifadə etmək olar. Yapon şamları vasitəsi ilə verilən siqnallar özünü istənilən digər texniki analiz mənbəyinin verdiyi siqnaldan daha tez büruzə verir. Bununla yanaşı digər analiz üsulları bəzən yapon şamlarının tanıya biləcəyi siqnalları tanımaq iqtidarında olmur. Bu və digər üstünlüklər yapon şamlarının maliyyə bazarlarında əsas qrafik alət kimi istifadə genişliyini təmin edir.

Yapon şamı dörd qiymət əsasında formalaşır: Open, Max, Min, Close. Open – açılış qiymətidir. Max- dövr ərzində maksimal qiymətdir. Min – dövr ərzində minimal qiymətdir. Close – dövrün bağlanış qiymətidir.

candle1

Yapon şamlarının ən başlıca üstünlüyü (ləyaqətli xüsusiyyəti) bazarda hansı tərəfin üstünlüyə malik olmasını göstərməsidir – “buğalar” və ya “ayılar”. Əgər şamın uzun ağ gövdəsi (bədəni) varsa, bu o deməkdir ki, bazar buğaların hakimiyyəti altındadır. Uzun qara gövdəsi olan şam isə bazarda üstünlüyün ayılar tərəfində olduğunu göstərir Uzun ağ şamın bağlanış qiyməti həmişə onun açılış qiymətini üstələyir. Uzun qara şamda isə əksinə, açılış qiyməti həmişə bağlanış qiymətindən yüksək olur.

candle4

Əgər şamın açılış və bağlanış qiyməti üst-üstə düşərsə, o doji şamı adlanır. Bu şam üfüqü trenddə heç bir siqnal vermir, amma yüksələn trenddə onun görünməsi gələcəkdə tendensiyanın dönüşündən xəbər verə bilər.

Buğa şamları və onların kombinasiyası

Çəkic

candle5

Çəkic -çox uzun aşağı kölgəsi olan, lakin gövdəsi qısa olan şamdır. Şam tərəfindən verilən siqnalın vacibliyi bir-başa aşağıdakı kölgənin uzunluğundan asılıdır.

Buğa udulması

candle6

Buğa udulması enən trenddə müşahidə olunur, bu zaman qara gövdəli şam növbəti dövrün ağ gövdəli şamı tərəfindən udulur. Həqiqi buğa udulması yalnız Foreks bazarında səlis enən trenddə mümkün ola bilər.

Dan ulduzu

candle7

Dan ulduzu bir neçə şamın kombinasiyasıdır, burda hündür qara gövdəli şam, daha sonra balaca ağ və ya qara gövdəli şam, onun ardınca isə ağ gövdəli şam yerləşir.

Ayı şamları və onların kombinasiyası

Dar ağacı

candle8

Dar ağacı –uzun aşağı kölgəsi olan və şamın yuxarı küncündə balaca ağ, ya qara gövdəsi olan şamdır. Belə bir şam yüksələn trenddə əmələ gəlir.

Axan ulduz

candle9

Düşən ulduz – uzun yuxarı kölgəsi olan və şamın aşağı küncündə balaca qara və ya ağ bədəni olan şamdır. Düşən ulduz yüksələn trenddə müşahidə olunur.

Ayı udulması

candle10

Ayı udulması yüksələn trenddə müşahidə olunur, bu zaman qara gövdəli şam növbəti dövrün ağ gövdəli şamını udur. Əsl ayı udulması yalnız bazarda səlis yüksələn trenddə əmələ gəlir.

Tutqun buludlar

candle11

Tutqun buludlar – iki şamdan ibarət kombinasiyadır: ağ və qara. Bu zaman ağ şamın maksimum qiyməti qara şamın açılış qiymətindən aşağı olmalıdır, qara şamın bağlanış qiyməti isə ağ şamın gövdəsi daxilində yerləşməlidir.

Axşam ulduzu

candle12

Axşam ulduzu – bu şam kombinasiyasıdır, hündür ağ gövdəli şam, xırda ağ və ya qara gövdəli şam və hündür qara gövdəli şamdan ibarətdir.

Son xəbərlər
Digər xəbərlər