9 C
Baku
Monday, November 18, 2024

Yapon valyutası dollara qarşı bahalaşaraq son 4 aydakı itkisini bərpa edib

Yaponiya Mərkəzi Bankının (Yaponiya Bankı) monetar siyasəti ilə bağlı son açıqlamalrı milli valyuta yeni dollara qarşı dörd aylıq zirvəyə qaytarıb.

Banker.az xəbər verir ki, mərkəzi bankın 10 illik istiqraz gəlirliliyinin 0%-lik hədəfinin hər iki tərəfində 50 baza bəndi (əvvəlkindən 25 baza daha yuxarı) irəliləməsinə icazə verməsi qərarından sonra çərşənbə axşamı günü dörd ayın ən yüksək səviyyəsinə – 130.58-ə yüksəldikdən sonra yen təxminən 0.5% artaraq 131.85 dollara çatdı.

43

Əvvəlki sessiyada yen qarşısında 0.6% bahalaşan dollar, həftənin ikinci iş gündəki açıqlamalardan sonra baş verən 3.8%-lik enişi bərpa edə bilmədi.

Avro qarşısında yapon yeni 140.34 səviyyəsində sabitləşib, funt sterlinq üçün 159.82 səviyyəsində ticarət edilib. Hər iki cütlük çərşənbə axşamı təxminən üç aylıq zirvələrə yaxın qiymətə qədər yüksəlib.

Dekabrda ABŞ-da istehlakçı inamının səkkiz ayın ən yüksək səviyyəsinə yüksəldiyini göstərən müsbət məlumatlardan sonra, inflyasiyanın geriləməsi və əmək bazarının güclü qalması səbəbindən dollar, risk əhval-ruhiyyəsinin artması səbəbindən bir qədər dəyər itirib.

Avstraliya dolları 0.66% bahalaşaraq 0.6752 dollara, “kivi” ləqəbli Y.Zelandiya dolları isə 0.26% artaraq 0.6311 dollara məzənnəsinə yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər