28 C
Baku
Thursday, August 28, 2025

Yapon yenası ABŞ dollarına qarşı bahalaşma ehtimal yüksəlib – proqnozlar

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin ötən cümə günkü yumşaq çıxışı dolların yena qarşı zəifləməsi üçün əlavə imkan yaradır.

Banker.az xəbər verir ki, bu barədə “Wall Street Journal”a Yaponiyanın maliyyə holdinqi “Nomura”nın Qlobal Bazarlar Araşdırma komandası bildirir.

Komandanın araşdırmasına görə, Pauellin bəyanatları sentyabr iclasında FED-in faiz endirim ehtimalını artırıb və ABŞ dolları yaxın perspektivdə zəifləməyə davam edə bilər.

Komanda USD/JPY üzrə qısa mövqe (short) üçün daha yüksək inam göstərir və hədəf qiyməti oktyabr sonuna qədər 142.00 təşkil edir. Eyni zamanda, qısa müddətli diqqət Yaponiya Bankı (BOJ) nümayəndələri, məsələn, siyasət şurası üzvü Junko Nakaqauanın il sonuna qədər faiz artımı ehtimalına yönəlib.

NAB-ın “forex” araşdırma rəhbəri Ray Attrill qeyd edir ki, sentyabr ayında 25 baza bəndi endirimi qarşısını almaq üçün indi diqqət FOMC-nin 16-17 sentyabr iclasına qədər olan göstəricilərə yönəlib. Hazırda USD/JPY 147.38, EUR/JPY isə 172.47, yəni müvafiq olaraq 0,3% və 0,2% yüksəlmə göstərir.

Son xəbərlər
Digər xəbərlər