Yapon səhmləri bu gün yüksəldi, çünki milli valyuta yen 24 ilin ən aşağı səviyyəsinə düşüb.
Nikkei səhmlərinin orta qiyməti səhər sessiyasının bağlanışında 0.70% bahalaşıb. İyun ayında ABŞ-da inflyasiyanın 9%-i keçdiyini göstərən məlumatlarından sonra o, 0.63% azaldı.
Ölkənin milli valyutası isə çətin günlərini yaşayır. Dollar/yen cütlüyünün məzənnəsi (USD/JPY) 1998-ci ildən bəri ilk dəfə ABŞ dollarına nisbətdə 138 səviyyəsinə ötüb. Artıq psixoloji həddi müəyyən etmək o qədər də asan deyil.
Bakı vaxtı ilə 11:20 radələrində USD/JPY məzənnəsi 1%-dən çox artımla 138.98 səviyyəsinə qalxıb. Bu da son 24 ilin minimumudur.
Yaponiya Mərkəzi Bankı ultra-yumşaq pul siysətində israrlıdır. Yaponiya Mərkəzi Bankını milli pulun ucuzlaşması FED, Avropa Mərkəzi Bankı, Kanada Bankı (BoC), İngiltərə Bankı kimi narahat etmir. Əsas rəqib banklar hər biri uçot faiz dərəcəsini artırıb. Bircə ECB qalmışdı, o da növbəti iclaslardan həm aktivlərin alış proqramını dayandırır, həm də sentyabrdan 0.25 bənd faiz dərəcəsi artımına gedəcəyini bildirib. Divirgensiya böyüyür.
Ötən gün Kanada Bankı uçot faiz dərəcəsini gözlənilmədən 1% (100 baza) bəndi artırdı. Ötən gün ABŞ-da iyun üzrə inflyasiyanın 9.1%-ə qalxması birjaları BoC-un atdığı addımı FED-in də atacağı – 100 baza bəndi arıtıracağı ehtimalını yüksəldir.