10 C
Baku
Sunday, December 22, 2024

Yapon yeni üçün dünya yenidən “tərs dönüb”

Yaponiyanın Maliyyə Nazirliyinin rəsmisi Atsuşi Mimura xarici valyuta bazarında hazırda birtərəfli, qəfil hərəkətlər olduğunu dedikdən sonra yen dollara qarşı 0.2%-ə qədər artaraq 149.86 səviyyəsinə çatıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, yeni məzənnəsini izləyənlər valyutanın 160 səviyyəsinə qədər zəifləməsini gözləyirlər. Buna səbəb isə ABŞ FED-nin faiz endirimlərini gözləniləndən daha asta sürətlə etməsidir.

Yaponiyada və ABŞ-da siyasət qeyri-müəyyənlikləri yen məzənnəsində dəyişkənliyə səbəb olur. Bu ayın əvvəlində yeni baş nazir Şigeru İşiba ölkənin daha çox faiz artımına hazır olmadığını bildirsə də, sonradan Yaponiya Mərkəzi Bankının fikirləri ilə uyğun olduğunu bildirib. ABŞ-da isə, gecəlik faiz dərəcəsi svopları yanvar ayına qədərki üç iclasda ən azı iki dəfə 25 baza bəndi faiz endirimi olacağını göstərir.

“Bazar hələ də FED-in faiz endirimini çox qiymətləndirir, buna görə də gözləntilər azaldıqca, məncə, yen tədricən zəifləyəcək,” – deyə “Fukuoka Maliyyə Qrupu Inc.”nin baş strateqi Tohru Sasaki bildirib. “Gələn ilə doğru 160 səviyyəsinə gedə bilər.”

Yenin 150 və ya 155-ə qədər daha da sürüşməsi BOJ-nin gözləniləndən daha tez faiz artımına getməsinə səbəb ola bilər, keçən həftə konfransların birində mərkəzi bankın monetar siyasətə cavabdeh keçmiş icraçı direktoru Kazuo Momma deyib. O bildirib ki, BOJ-nin iyul ayında faiz artımı 80-90% yenin zəifliyi ilə əlaqədardır.

Bu günə qədər maliyyə nazirliyinin rəsmiləri 7 oktyabrda ABŞ-dan güclü iş yerləri məlumatları yayımlandıqdan sonra yenin kütləvi satışı baş verdikdən sonra valyutanın hərəkətləri haqqında böyük ölçüdə susmuşdular. Bu, çox vacibdir, çünki onların istifadə etdiyi ifadə tez-tez valyuta ilə bağlı nə dərəcədə narahat olduqlarını və müdaxilə etmə ehtimalının nə qədər olduğunu göstərir.

32

“Dollar/yen daha çox arta bilər, buna görə də Mimura yəqin ki, yenin daha çox zəifləməsini azaltmaq üçün bu şərhi verdi,” – deyə, “MUFG Bank Ltd.”nin qlobal bazar araşdırmaları üzrə Tokio rəhbəri Teppei Ino bildirib. “Ən azı məzənnə baxımından Yaponiya Bankının artıq vaxtı qalmır.”

İnvestorlar ABŞ və Yaponiyada qarşıdan gələn seçkilərdən qaynaqlanan risklərdən ehtiyat edirlər. ABŞ-da keçmiş prezident Donald Trampın qələbə qazanması və ya Yaponiyada hakim Liberal Demokrat Partiyasının aşağı palata seçkilərində çoxluğunu itirmə ehtimalı bazarlarda qeyri-müəyyənliklər yaradır.

“152 səviyyəsini keçsək, Maliyyə Nazirliyindən hər hansı bir müdaxilə görməsək, mən 156 səviyyəsini görürəm,” – deyə Mizuho Securities Co.-nun baş strateqi Şoki Omori bildirib. Rəsmilərdən daha çox şifahi müdaxilələr ola bilər, lakin Yaponiyanın milli seçkilərdən əvvəl valyutasını dəstəkləmə ehtimalı daha azdır, Omori deyib.

ABŞ və Yaponiyada mərkəzi bank rəsmilərinin bəyanatları da diqqətlə izləniləcək, BOJ sədrinin müavini Şinichi Uçida bu gün günorta saatlarında sədr Kazuo Uedanın çıxışını oxuyacaq. Buna baxmayaraq, bəzi ekspertlər valyutanın yaxın gələcəkdə dramatik şəkildə dəyişməyəcəyini düşünürlər.

“Tramp riski nəzərə alınmaqla, görünür ki, yaxın müddətdə dolları satmağın çətin olacağı bir mühit davam edəcək,” – deyə “Nomura Securities Co.”nun valyuta strategiyası şöbəsinin rəhbəri Yuciro Qoto Tokioda yazdığı qeyddə bildirib. “Biz ilin sonuna qədər dollar-yenin tənzimlənməsini gözləyirik, lakin yaxın müddətdə onun 150 ətrafında yüksək qalacağı görünür.”

Son xəbərlər
Digər xəbərlər