9 C
Baku
Sunday, November 17, 2024

Yaponiya əcnəbilərin ölkəyə girişini bağlayır

Yaponiyanın Baş naziri Fumio Kisida jurnalistlərə bildirib ki, noyabrın 30-dan etibarən koronavirusun yeni “omikron” ştamının yayılması ilə əlaqədar əcnəbi iş adamları, tələbələr və mütəxəssislərin ölkəyə girişi bağlanır.

Banker.az xəbər verir ki, “Noyabrın 30-dan bütün ölkələrdən əcnəbilərin ölkəyə girişinə qadağa tətbiq olunacaq”, – deyə Kisida bildirib.

Noyabrın 8-dən Yaponiya iş adamları, tələblər və peyvənd olunmuş mütəxəssislər üçün səyahət məhdudiyyətlərini yumşaldıb: onlardan 10 və ya 14 deyil, cəmi 3 gün karantində qalmaq tələb olunur, eyni zamanda ictimai nəqliyyatdan istifadə etməyə icazə verilir.

Xatırladaq ki, dekabrın 28-dən Yaponiya koronavirusun “alfa” ştamının yayılması səbəbindən yeni vizaların verilməsini faktiki olaraq dayandırıb. Beləliklə, bu, təxminən bir il ərzində səyahət məhdudiyyətlərinin ilk böyük yumşaldılması olub.

Son xəbərlər
Digər xəbərlər