11 C
Baku
Tuesday, April 15, 2025

Yaponiya əhalisinin sayı rekord dərəcədə azalıb

2024-cü ilin oktyabr ayında Yaponiyanın əhalisi 120,3 milyon nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 898 min nəfər azalma deməkdir.

Bu barədə Yaponiyanın “Kyodo news” agentliyi məlumat yayıb. Bildirilib ki, ölkədə əcnəbi sakinlər də daxil olmaqla, ümumi əhalinin sayı ardıcıl 14-cü ildir azalır.

Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin yaydığı məlumata görə, yalnız Tokio və yaxınlıqdakı Saytama prefekturasında artım qeydə alınıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər