-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiya 1945-ci ildən bəri ilk dəfə silah ixracına qoyulan qadağanı ləğv edib

Yaponiya hökuməti hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmaq və öldürücü silahların ixracına qoyulan qadağanı ləğv etmək qərarına gəlib.

Bu barədə ABŞ-nin “Fox News” telekanalı Yaponiyanın Baş naziri Fumio Kişidanın sözlərinə istinadən məlumat yayıb.

İddia olunur ki, Yaponiya hakimiyyəti müdafiə xərclərini 16 faiz artırmaq, eləcə də İkinci Dünya müharibəsinin bitməsindən – 1945-ci ildən qüvvədə olan silah ixracına qoyulan qadağanı ləğv etmək qərarına gəlib.

Kişida Yaponiyanın pasifist ölkə olaraq qaldığını vurğulayıb:

“Biz qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamın müdafiəsinə, Hind-Sakit okeanı regionunda sülh və sabitliyə töhfə verməyə ümid edirik”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər