30 C
Baku
Monday, July 1, 2024

Yaponiya 2022-ci ildən bu tərəfə ilk dəfə etiraf etdi: Valyuta bazarına intervensiya edib

Yaponiya aprelin 26-dan mayın 29-dək valyuta intervensiyaya (müdaxiləsi) 9.789 trilyon yen (62.42 milyard dollar) xərcləyib.

İnvestisiya (Banker.az) xəbər verir ki, Maliyyə Nazirliyinin cümə günü verdiyi məlumat yayıb.

Məlumatlar təsdiqləyib ki, Yaponiya 2022-ci ildən bəri ilk dəfə son bir ayda valyuta intervensiyası həyata keçirib.

Bu ilki intervensiya, yen aprelin sonunda son 30 ilin ən aşağı səviyyəyə enərək, bir dollar üçün 160 yenə düşdüyü vaxt baş verdi.

Yen sonradan qəfil qalxıb və bu, Yaponiya hökumətinin müdaxiləsi ilə bağlı fərziyyələrə səbəb olmuşdu.

Valyuta intervensiyası zamanı əsasən suveren fond, mərkəzi bank və ya icra orqanlarının öhdəliyində olur. Funksiyanerlər bunu valyuta həddən artıq dəyər itirdiyi halda, rezervində olan xarici valyuta ehtiyatını yerli valyuta ilə kütləvi konvertasiya etməklə həyata keçirir. Bu halda, bazarda iri oyunçu kimi valyutanının kəskin dəyər itkisindən qorumaq və eləcə də investorları bir qədər psixoloji təsirlə xarici valyutada mövqe tutmaqdan çəkindirir.

Yaponiyada xarici valyuta rezervlərinin həcmi aprelin 30-na 1.28 trln. dollar dəyərində olub.

image1

Son xəbərlər
Digər xəbərlər