18 C
Baku
Wednesday, May 29, 2024

Yaponiya 800 mindən çox əcnəbi işçi qəbul etməyi planlaşdırır

Yaponiya hökuməti yaxın 5 il ərzində 800 mindən çox xarici vətəndaşa xüsusi iş vizası vermək qərarına gəlib.

Bu barədə ölkənin aparıcı biznes qəzeti “Nikkei” məlumat yayıb.

Vurğulanıb ki, diqqət tikinti və kənd təsərrüfatı sahələrində xüsusi bacarıqları olan insanlara yönləndirilib.

Bu Yaponiyada əmək problemləri ilə üzləşilən sahələrdir.

2019-cu ildə kəskin işçi çatışmazlığı səbəbindən Yaponiyada müvafiq yeni iş vizası formatı yaradılıb. 2023-cü ilin sonuna kimi 200 mindən çox bxarici vətəndaş ölkəyə daxil olub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər