9 C
Baku
Friday, December 13, 2024

Yaponiya ABŞ, Avstraliya və Hindistanla kosmik əməkdaşlığı möhkəmləndirəcək

Yaponiya hökuməti QUAD (Quadrilateral Security Dialogue) dördlüyünə daxil olan ABŞ, Avstraliya və Hindistanla kosmosun tədqiqi məqsədilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilir ki, rəsmi Tokio bu addımı Yaponiyanın yeni hazırlanmış kosmos siyasəti layihəsinə müvafiq olaraq, yerətrafı orbitdə artan hərbi təhdidlərə cavab vermək məqsədilə atır.

Bildirilir ki, yerətrafı orbitdə dördtərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə qərar QUAD liderlərinin qarşıdakı həftədə Tokioda keçiriləcək sammitində qəbul ediləcək.

Qeyd edilib ki, Yaponiya 2026-cı ildə orbitdə vəziyyəti və digər ölkələrin buradakı aparatlarını izləmək üçün xüsusi süni peyk buraxmaq niyyətindədir. Rəsmi Tokionun, həmçinin ABŞ-ın raketlərin buraxılmasını izləmək məqsədilə çox sayda kiçik süni peyklərin buraxılışı proqramına qatılmaq niyyətində olduğu da bildirilir.

Xatırladaq ki, QUAD (Təhlükəsizlik Üzrə Dördtərəfli Dialoq) dialoqu 2007-ci ildə Asiya-Sakit okean və Hind okeanı regionlarında əməkdaşlıq mexanizmini yaratmaq məqsədilə təsis edilib. 2021-ci ilin sentyabrında isə Vaşinqtonda iştirakçı ölkələrin liderlərinin ilk əyani görüşü keçirilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər