22 C
Baku
Saturday, October 25, 2025

Yaponiya ABŞ-dən “Toyota” avtomobilləri idxal edəcək

Yaponiyanın iri avtomobil istehsalçısı “Toyota Motor” ABŞ-dakı zavodlarında istehsal olunan nəqliyyat vasitələrini Yaponiyaya idxal etməyi planlaşdırır.

Bu barədə şirkətin prezidenti Sato Koci açıqlama verib. “Toyota” bu addımı Donald Tramp administrasiyasının rüsum tədbirlərinin öhdəsindən gəlmək üçün atır. Belə ki, ABŞ istehsalı olan “Toyota” avtomobillərinin Yaponiyaya idxalı Vaşinqtona Yaponiya ilə ticarət defisitini azaltmağa imkan verəcək.

Sato Koci əlavə edib ki, Yaponiya hökuməti avtomobil şirkətlərinə ABŞ istehsalı olan avtomobilləri idxal etməyə imkan verən şərait yaratmaq üçün təşəbbüs göstərməlidir.

NHK kanalı bildirir ki, “Toyota” şirkəti ABŞ-dan avtomobil idxal etmək barədə planını Prezident Donald Trampın Yaponiyaya səfəri zamanı açıqlayacaq.

Qeyd edək ki, dünyanın ən iri avtomobil şirkətlərindən olan “Toyota”nın ABŞ-dakı 6 zavodunun ümumi istehsal gücü ildə 1,2 milyon avtomobil təşkil edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər