Yaponiya və ABŞ ticarət razılaşmasının bağlanması ilə bağlı danışıqları başa çatdırıblar.
Banker.az xəbər verir ki, bu haqda Yaponiyanın xarici işlər naziri Tos məlumat verib.
Onun sözlərinə görə, müqavilə haqqında əlavə məlumat yaxın günlərdə açıqlanacaq. Çox güman ki, bu haqda Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp BMT-nin 24 sentyabr tarixində keçiriləcək sessiyasında məlumat verəcək.
Xatırladaq ki, Tokio ABŞ-dan qarğıdalı idxal etməyi planlaşdırır.
Bundan əlavə, sənəd kənd təsərrüfatı, rəqəmsal ticarət və digər sahələri əhatə edəcəkdir. ABŞ prezidentinin sözlərinə görə, bu amerikalı fermerlər üçün yaxşı xəbərdir.