17 C
Baku
Friday, April 19, 2024

Yaponiya ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsinə təəssüflənir

Yaponiya hökuməti ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına əlavə rüsumlar tətbiq edilməsi barədə qərarından təəssüfləndiyini bildirib.

NHK telekanalına istinadən, bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko Donald Tramp administrasiyasının Çin məhsullarına 200 milyard dollar həcmində yeni rüsumlar tətbiq etdiyini açıqlamasından sonra jurnalistlər qarşısında çıxışı zamanı bildirib. Yeni rüsumlar gələn həftənin birinci günündən qüvvəyə minir.

H.Seko vurğulayıb ki, bu qərar yalnız təəssüf hissi doğurur. Nazir əlavə edib ki, ticarətin məhdudlaşdırılmasına yönələn bu cür addımlar qlobal iqtisadi inkişafa mənfi təsir göstərir. Yeni rüsumlar ABŞ və Çin ilə yanaşı, digər ölkələrə də gözlənilməz mənfi təsirlər göstərəcək.

O bildirib ki, bir çox yapon şirkətləri ehtiyat hissələrini əvvəlcə Çinə, sonra oradan ABŞ-a ixrac edir.

Nazir qeyd edib ki, dünya təchizat kanalları strukturu çox mürəkkəb olduğuna görə, o, yeni sanksiyaların sənayenin hansı sahələrinə və hansı təsir göstərəcəyini bilmir.

H.Seko deyib ki, ABŞ tərəfinin bu addımının təsirinin araşdırılması və müvafiq cavab tədbirlərinin görülməsi üçün hökumət şirkətlərlə sıx əməkdaşlıq edəcək.

– AzerTag

Son xəbərlər
Digər xəbərlər