9 C
Baku
Sunday, November 17, 2024

Yaponiya ABŞ-ın nüvə silahı ilə bağlı qərarlarında iştirak etməyi planlaşdırmır

Yaponiya nüvə silahının istifadəsi ilə bağlı ABŞ-ın qəbul etdiyi qərarlarda iştirak etməyi planlaşdırmır.

Bunu Yaponiyanın Baş naziri Fumio Kişida ölkə parlamentinin aşağı palatasının büdcə komissiyasının iclasında bildirib.

“Yaponiya hökuməti ABŞ nüvə silahlarına birgə sahib olma prinsipini tanımır, onların yerləşdirilməsi və istifadəsi ilə bağlı qərarların qəbulunda iştirak etmək iddiasında deyil”, – deyə Baş nazir bildirib.

Xatırladaq ki, Yaponiya 1971-ci ildən təsdiqlənmiş qərara əsasən, nüvə silahına sahib olmaq, istehsal etmək və ərazisinə yerləşdirməkdən imtina edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər