-1 C
Baku
Thursday, February 9, 2023

Yaponiya ABŞ və Cənubi Koreya ilə birlikdə Şimali Koreyanın raket buraxılışı barədə məlumatlar toplayır

Yaponiya hökuməti ABŞ və Cənubi Koreya ilə birlikdə Şimali Koreya tərəfindən noyabrın 17-də buraxılmış raket barədə məlumatlar toplayaraq təhlil edir.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno Tokioda keçirilən mətbuat konfransında bəyan bildirib.

“Biz ABŞ və Cənubi Koreya ilə əməkdaşlıq şəraitində məlumatların toplanmasını və təhlilini davam etdiririk”, – deyə baş katib qeyd edib. H.Matsuno raket buraxılışı ilə bağlı əlavə şərh verməkdən yayınıb.

Bu ərəfədə Yonhap agentliyi Koreya Respublikasının silahlı qüvvələrinin qərargah rəisləri komitəsinə istinadla Şimali Koreyanın Yapon dənizi istiqamətində yaxın məsafəli ballistik raket buraxması barədə məlumat yayıb. Bu, ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin Kambocada keçirilmiş üçtərəfli görüşündə Prezident Cozef Baydenin müttəfiqlərin müdafiəsi üçün bütün hərbi imkanlardan istifadə olunacağı ilə bağlı bəyanatından sonraya təsadüf edir.

Xatırladaq ki, son dəfə Şimali Koreya noyabrın 9-da Yapon dənizi istiqamətində ballistik raket buraxmışdı.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X