27 C
Baku
Saturday, July 13, 2024

Yaponiya, ABŞ və Cənubi Koreya liderləri görüşəcəklər

Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya Prezidenti Yun Sok-Yol avqustda Amerika liderinin Merilend ştatının Kemp-Devid şəhərindəki iqamətgahında görüşəcəklər.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqların avqustun 18-də baş tutması planlaşdırılır. Əsas müzakirə mövzularından biri Şimali Koreya ətrafında vəziyyət olacaq. Həmçinin Çin, Ukrayna ətrafındakı vəziyyət, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, üç ölkə lideri arasında sonuncu birgə görüş mayın 21-də Xirosimada keçirilən G-7 sammiti zamanı olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər