Yaponiya “Apple” və “Google”un fəaliyyətini yoxlayacaq

Yaponiya hökuməti “Apple” və “Google” şirkətlərinin fəaliyyətini antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı araşdıracaq. Bu barədə ölkə rəhbərliyindəki öz mənbələrinə istinadən “The Nikkei” qəzeti məlumat verib.

“Yaponiyanın əməliyyat sistemləri (ƏS) bazarında “Apple” və “Google”un bazar payları 90%-dən çoxdur. Biz mobil telefon, planşet və başqa qurğu istehsalçıları ilə bağlanmış razılaşmalarla bağlı real vəziyyəti araşdıracağıq” – hökumət rəsmisi deyib.

Araşdırma zamanı “Apple” və “Google” şirkətlərinin Yaponiyanın ƏS-i bazarında pozuntuya yol verdikləri aşkar edilsə, bu, Yaponiyada antiinhisar qanunvericiliyinin sərtləşdirilməsinə səbəb ola bilər.

“Spotify” xidməti, elektron və səsli kitab distributorlarının mesajları araşdırmanın başlanmasına səbəb olub. Onlar “Apple” tərəfindən “App Store” və “iTunes Store” mobil tətbiqlərində yalnız şəxsi alış-veriş sistemindən istifadəyə məcbur edilmələrindən, həmçinin digər məhdudiyyətlərdən şikayət ediblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.