Yaponiya Ayda zavod tikəcək

Yaponiya Ayda yanacaq zavodunun tikintisini planlaşdırır.

Bu barədə “Kyodo” agentliyi bildirib.

Yaponiya mütəxəssislərinin hədəfi zavoddan Yerin peykinin mənimsənilməsi üçün istifadə etməkdir. Qeyd edilir ki, zavod göy cisminin Cənub qütbündə tikilə ola bilər. Alimlər həmin ərazidə buz mədənlərinin tapılacağını gözləyirlər.

Yaponiya zavodun tikintisinin 2035-ci ildə reallaşdırılacağını nəzərdə tutur.