13 C
Baku
Sunday, November 24, 2024

Yaponiya Azərbaycan da daxil olmaqla 55 ölkəyə səfər məhdudiyyətlərini yumşaldıb

Yaponiya hökuməti koronavirus pandemiyasına görə Azərbaycan da daxil olmaqla 55 ölkəyə səfər məhdudiyyətlərini yumşaldıb.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, həmin qərar Azərbaycan ilə yanaşı, Ermənistan, Rusiya, İndoneziya, Polşa, Tacikistan, Özbəkistan, Ukrayna, Filippin, Çexiya və digər ölkələri əhatə edir. Əgər əvvəllər XİN-in məlumatında həmin ölkələrlə əlaqədar vacib olmayan səfərlərin imtina edilməsi tövsiyə olunurdusa, bundan sonra həmin tövsiyə qüvvədən düşmüş hesab edilir.

Həmçinin Yaponiya əhalisi üçün pandemiya ilə əlaqədar vəziyyətə görə 41 ölkəyə səfərə icazə verilmirdisə, bundan sonra həmin göstəriş də ləğv olunur.

Bununla yanaşı, XİN xarici səfərlərə hazırlaşan bütün vətəndaşlara COVID-19-a qarşı tam peyvənd olunmağı tövsiyə edir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər