1 C
Baku
Saturday, December 14, 2024

Yaponiya Bankı pandemiya şəraitində bir sıra əməliyyatları dayandıracaq

Yaponiya Bankı hökumətin koronavirus pandemiyası kontekstində fövqəladə vəziyyət elan etmək qərarından sonra həyata keçirilən əməliyyatların sayını azaltmaq niyyətində olduğunu bildirib.

Banker.az  bau barədə “Vesti.ru”ya istinadən xəbər verir

Tənzimləyicinin mesajında qeyd edildiyi kimi, yalnız sosial infrastruktur üçün vacib olan əməliyyatlar davam etdiriləcək: əskinasların buraxılması, pul-kredit siyasəti sahəsində qərarların qəbul edilməsi və s.
Eyni zamanda, maliyyə təşkilatı fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, “mərkəzi və yerli hakimiyyət orqanları ilə, eləcə də digər maliyyə qurumları ilə sıx əlaqə” işlərini davam etdirəcəyini vurğulayır.

Xatırladaq ki, aprelin 7-də Yaponiyanın baş naziri Sindzo Abe ölkədə fövqəladə vəziyyət elan etdi. Bundan əlavə, Yaponiya hökuməti ölkə iqtisadiyyatını dəstəkləmək üçün təxminən 1 trilyon dollarlıq maliyyə dəstək paketi hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər