10 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Yaponiya bankı uçot dərəcəsini əvvəlki səviyyədə saxlayıb

Yaponiyanın Mərkəzi Bankı yenidən uçot dərəcəsini -0,1 % səviyyəsində saxlayıb.

“Prime” agentliyi xəbər verir ki, bu barədə bankın oktyabr ayının yekunlarına həsr olunmuş iclasda qəbul edilmiş bəyanatda deyilir.

İclasın nəticələrinə görə, 8 iclas iştirakçısı mənfi faiz dərəcəsinin saxlanmasının lehinə, 1 iştirakçı isə əleyhinə səs verib. Mənfi faiz dərəcəsi (-0,1 %) 2016-cı ilin yanvar ayında müəyyən edilib.

Bundan başqa, Mərkəzi Bank qeyri-məhdud sayda dövlət istiqrazları almağı planlaşdırır.

Bank həmçinin mart ayının sonunadək əlavə kommersiya sənədləri (CP) və korporativ bondlar almaq barədə qərar qəbul edib. Maksimum alış həcmi 20 trilyon yen təşkil edəcək.

Bundan başqa, Mərkəzi Bank birja investisiya fondlarının kağızlarının (ETF) illik alış həcmini 12 trilyon yen, investisiya daşınmaz əmlak trastı aktivlərinin (J-REIT) alış həcmini təxminən 180 milyard yen səviyyəsində saxlayıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X