10 C
Baku
Friday, December 13, 2024

Yaponiya benzinlə işləyən avtomobillərin satışını 2035-ci ilə qədər qadağan edəcək

Yaponiya hökuməti 2050-ci ilədək istixana qazı tullantılarını sıfıra endirməyi planlaşdırır. Təsdiq olunan “yaşıl” strategiya çərçivəsində yaxın 15 il ərzində benzin mühərrikli avtomobillərin satışını tamamilə qadağan edilməsi nəzərdə tutulur.

Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Sənədə əsasən onları elektrikli nəqliyyat vasitələri, hibrid avtomobillər və hidrogen mühərrikli maşınlar əvəz edəcək. Bu məqsədlə Yaponiya səlahiyyətliləri batareyaların dəyərini iki dəfə (10 min yen və ya 97 dollar) azaldacaqlar.

Eyni zamanda 2030-cu və 2050-ci ilədək biznesə vergi güzəştləri və əlavə maliyyə dəstəyi göstəriləcək (870 milyard dollar). Hökumət hidrogen istehlakını önümüzdəki 10 ildə 3 milyon tona, 2050-ci ilə qədər isə 20 milyon tona qədər artırmağı planlaşdırır. Müqayisə üçün 2017-ci ildə Yaponiya bu yanacağın yalnız 200 tonunu istehlak edib.

Qeyd edək ki, Yaponiya səlahiyyətlilərinin bu təşəbbüsünə heç də hamı nikbin baxmır. Dekabr ayının ortalarında “Toyota” avtomobil istehsalçısının rəhbəri Akio Toyoda elektrikli avtomobillərin “həddindən artıq baha” olduğunu və benzin mühərrikli avtomobillərin satışına qoyulan qadağanın avtomobil sənayesinin çökməsinə və milyonlarla iş yerinin itirilməsinə səbəb olacağını söyləyib.

Yaponiya – ənənəvi avtomobillərdən imtina etdiyini elan edən ilk ölkə deyil. Dekabrın əvvəlində İngiltərənin baş naziri Boris Conson ölkədə benzin və dizel yanacaqla işləyən avtomobillərin 2030-cu ildən etibarən satışını dayandıracağını bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər