Yaponiya Müdafiə Nazirliyi ölkənin bir neçə adasında “Patriot” zenit-raket kompleksi yerləşdirib.
Bu barədə yerli “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu addımın atılmasına səbəb Şimali Koreyanın peyk buraxmaq planlarıdır.
Miyako, İşiqaki və Yonaquni adalarında yerləşdirilən zenit-raket komplekslərinin peyk buraxılan zaman onu daşıyan raketin və ya hissələrinin təhlükə yaradacağı təqdirdə işə salınması planlaşdırılır.
Xatırladaq ki, sonuncu dəfə “Patriot” kompleksləri 2012 və 2016-cı illərdə Miyako və İşiqaki adalarında yerləşdirilib, o zaman da Şimali Koreya peyk buraxılmasına cəhd edib, lakin o zaman zenit-raket kompleksləri işə düşməyib.