5.9 C
Baku
Tuesday, March 5, 2024

Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

Tokio Şimali Koreyanın raket buraxılışı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının çağırılmasını tələb edib.

Banker.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida bildirib.

“Şimali Koreya qitələrarası sinifli ballistik raket buraxdıqdan sonra bu gün ballistik raketlər buraxdı. Buna görə də biz BMT Təhlükəsizlik Şurasından fövqəladə iclas tələb edirik”, – deyə Baş nazir qeyd edib.

Daha əvvəl BMT Baş katibi Antonio Quterreş Şimali Koreyanın növbəti raket buraxılışını pisləyib və Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə çağırıb. A.Quterreş yenidən Pxenyanı “hər hansı növbəti təxribatçı hərəkətlərdən dərhal imtina etməyə, Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələri üzrə beynəlxalq öhdəliklərinə tam əməl etməyə və davamlı sülhə və Koreya yarımadasının tam, yoxlanıla bilən nüvəsizləşdirilməsinə aparan dialoqu bərpa etməyə çağırır”.

Reuters bildirmnişdi ki, Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər