10 C
Baku
Friday, December 13, 2024

Yaponiya bu ölkələrdən olan əcnəbilərin ölkəyə girişini qadağan edir

Yaponiya hökuməti yeni növ koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq, bir sıra ölkələrdən olan əcnəbilərin ölkəyə girişini bağlamaq qərarına gəlib.

Banker.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Məlum olduğu kimi, Yaponiyaya giriş ABŞ, Çin, Cənubi Koreyadan və demək olar ki, bütün Avropadan, o cümlədən İngiltərədən olan əcnəbilər üçün mümkün olmayacaqdır.

NHK televiziya kanalının məlumatına görə, son bir gündə ölkədə 169 yoluxma halı qeydə alınıb, ümumi yoluxmuşların sayı isə 1893 nəfərə yüksəlib.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını elan etdi.

Son xəbərlər
Digər xəbərlər