Yaponiya, Cənubi Koreya və ABŞ Yapon dənizində təlimlərə başlayıb.
Bu barədə TASS Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Təlim üç ölkənin regional təhlükəsizlik məsələlərinin həlli, eləcə də müəyyən edilmiş qaydalar əsasında beynəlxalq nizamın möhkəmləndirilməsi üçün üçtərəfli əməkdaşlığın davam etdirilməsinə sadiqliyi nümayiş etdirir”, – deyə məlumatda bildirilir.
Təlimlərdə Yaponiyanın “USS Chancellorsville”, “USS Barry” və “USS Benfold” gəmilərindən əlavə, Amerikanın “Ronald Reyqan” təyyarədaşıyan gəmisi də iştirak edir.
Bundan əvvəl ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentinin xüsusi əməliyyat komandanlığı Cənubi Koreya hərbçiləri ilə birlikdə aerodromun ələ keçirilməsi və girovların azad edilməsi əməliyyatını hazırlayıb.
Təlimlər Şimali Koreya qüvvələrinin bir neçə ballistik raket buraxılışı fonunda keçirilir.