7 C
Baku
Thursday, December 12, 2024

Yaponiya cavab zərbələri hesabına müdafiəsini gücləndirəcək

Yaponiya düşmən ərazisinə cavab zərbələri endirmək imkanı hesabına ölkənin müdafiə qabiliyyətini gücləndirmək qərarına gəlib.

Bunu ölkənin baş naziri Fumio Kişida deyib.

“Biz heç bir variantı, o cümlədən cavab tədbirləri deyilən imkanları istisna etmədən, xalqımızı qorumaq üçün lazım olan vasitələrin real olaraq nəzərdən keçiririk”, – deyə hökumət başçısı bildirib.

Kişida qarşıdakı beş il ərzində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac olduğuna diqqət çəkib. Onun sözlərinə görə, hökumətin məqsədi Sahil Mühafizəsinin potensialını artırmaqdır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər