1 C
Baku
Tuesday, February 25, 2025

Yaponiya Çin təyyarələrinə qoyulan məhdudiyyəti aradan qaldırır

Yaponiya hakimiyyəti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Çindən təyyarələrin gələ biləcəyi yerli hava limanlarının sayına qoyulmuş məhdudiyyəti aradan qaldırmaq niyyətindədir.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hazırda Çindən gələn təyyarələr yalnız Tokio və Osakada, eləcə də mərkəzi Aiçi prefekturasında yerləşən dörd hava limanına enə bilər.

Bundan əlavə, Çindən ölkəyə gələnlər üçün məcburi PCR testindən keçmək tələbini də ləğv etməyi planlaşdırır.

Xatırladaq ki, Tokio ötən il dekabrın 30-da Çindən, Makaodan gələnlər və son bir həftə ərzində Çinə səfər edənlər üçün məcburi şəkildə koronavirus testi tətbiq edib. Yanvarın 8-dən bu tələblər daha da sərtləşdirilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər