14 C
Baku
Monday, October 21, 2024

Yaponiya COVID-19-a qarşı peyvənd alınması üçün 6,3 milyard dollar ayırır

Yaponiya hökuməti yeni növ koronavirusa qarşı peyvəndlərin alınması üçün 671,4 milyard yen (6,3 milyard dollar) ayrılmasını təsdiqləyib.

“TASS” xəbər verir ki, bu barədə Tokioda keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

“671,4 milyard yen məbləğində vəsait ilk növbədə koronavirüs əleyhinə peyvəndlərin alınması üçün ayrılacaq. Artıq ABŞ və Böyük Britaniyadan olan şirkətlərlə müvafiq müqavilələr bağladıq”, – Suqa belə deyib.

Məbləğ hökumətin iqtisadiyyata dəstək və koronavirusla mübarizə üçün təsdiq etdiyi əlavə büdcədən ayrılacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər