Rəsmi Tokio dolların məzənnəsinin düşməsinin və milli valyuta yenin bahalaşmasının qarşısını almaq üçün qəti addımlar atmağa hazırdı. Bu sözləri iyunun 17-də təşkil edilən mətbuat konfransında Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso deyib.
T.Aso bildirib ki, hazırda bazarda birtərəfli qaydada spekulyativ hərəkətlə müşahidə olunur. Əgər lazım gələrsə, biz indiyə qədər olduğundan daha qəti addımlar atacağıq.
Bu ərəfədə dolların məzənnəsi milli valyuta yenə nisbətən son 20 ayda ən aşağı həddə düşüb. Bu, ilk növbədə Böyük Britaniyanın Avropa İttifaqından çıxması təhlükəsi və həmçinin ABŞ Federal Ehtiyat Sisteminin ölkə iqtisadiyyatında baş verən problemlərlə bağlı kredit tariflərini artırmaq istəməməsi ilə əlaqələndirilir.
Yenin məzənnəsinin qalxmasının digər səbəbi kimi, Yaponiya Bankının ölkədə pul kütləsini artırmaq niyyətindən imtina etməsi göstərilir.
Azərtac