Yaponiyanın Baş naziri Fumio Kişida Tokionun planetdə nüvə silahından tam imtina etməyə çağırdığını bəyan edib.
Yaponiya hökumətinin başçısı belə bir bəyanatla BMT Baş Assambleyasının sessiyasında çıxış edib.
“Yaponiya planetdə nüvə silahından tam imtina etməyin tərəfdarıdır və bütün beynəlxalq ictimaiyyəti İkinci Dünya müharibəsi zamanı ABŞ-ın atom bombardmanına məruz qoyduğu Naqsakinin sonuncu belə şəhər olması üçün səyləri birləşdirməyə çağırır”, – deyə Baş nazir bildirib.
Nüvə silahının ləğvi ilə əlaqədar bütün real addımları atacaqlarını vurğulayan F.Kişida deyib: “Müharibə zamanı atom bombardmanına məruz qalan yeganə ölkə olaraq Yaponiya nadir tarixi rola malikdir və biz nüvə silahının olmadığı dünyanın qurulmasında qətiyyətli olduğumuzu bir daha bəyan edirik”.
Nüvə silahının ləğvi barədə fikirlərini sessiya iştirakçıları ilə bölüşən Baş nazir söyləyib ki, bu silahın tətbiqi barədə təhdidlər yolverilməzdir və bütün beynəlxalq ictimaiyyət üçün təhlükə rolunu oynayır.