18 C
Baku
Saturday, October 12, 2024

Yaponiya gələn il müdafiə xərclərini 10 faizdən çox artıracaq

Yaponiya gələn il müdafiə xərclərini 10 faizdən çox artıracaq.

Bu barədə “Kyodo News” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, müdafiə xərcləri üçün ayrılacaq vəsait təxminən 54,1 milyard dollar təşkil edəcək və bu da cari ildə müdafiə sahəsinə xərclənən vəsaitlə müqayisədə təxminən 13,2 faiz çoxdur.

Həmçinin əlavə olunub ki, haqqında sözügedən vəsaitin, ölkənin əks-hücum potensialının gücləndirilməsi üçün, Yaponiya istehsalı olan uzaqmənzilli raketlərin alınmasına xərclənməsi planlaşdırılır.

Bununla yanaşı, Böyük Britaniya və İtaliya ilə birgə yeni nəsil döyüş təyyarəsinin hazırlanması üçün sərf olunması nəzərdə tutulan vəsait də gələn ilin müdafiə xərclərinə daxildir.

Son xəbərlər
Digər xəbərlər