12 C
Baku
Wednesday, December 11, 2024

Yaponiya G20 çərçivəsində Rusiyaya təzyiqi artırmağa çağırır

Yaponiya hakimiyyəti “İyirmilik” (G20) qrupunun üzvlərini Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyaya təzyiqləri artırmağa çağırır. Bu barədə çərşənbə axşamı Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Tokioda keçirilən mətbuat konfransında bildirib.

“G20 çərçivəsində biz “Yeddilik” qrupunun üzvlərindən başlayaraq, bütün iştirakçı ölkələri vahid dünya birliyi tərəfindən Rusiyaya təzyiq göstərməyə çağırırıq”, – deyə nazir bildirib.

Ötən həftə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bildirib ki, Tokio Rusiyanın maliyyə naziri Anton Siluanovun aprelin 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan G20 toplantısında mümkün iştirakı barədə şərh vermək niyyətində deyil. Eyni zamanda o xatırladıb ki, Yaponiya və onun G7 üzrə tərəfdaşları Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Rusiya ilə əvvəlki formatda çoxtərəfli forumların və ya beynəlxalq təşkilatların görüşlərinin keçirilməməsi fikri ilə razılaşırlar.

 

 

Son xəbərlər
Digər xəbərlər