9 C
Baku
Friday, December 13, 2024

Yaponiya hərbi qüvvələrinə Şimali Koreyanın ballistik raketini vurmağa hazırlaşmaq əmr edilib

Pxenyan bu həftə ilk hərbi kəşfiyyat peykini buraxmağa hazır olduğunu bəyan etdikdən sonra Yaponiya öz hərbi qüvvələrinə Şimali Koreyanın ballistik raketini vurmağa hazırlaşmaq barədə göstəriş verib.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ölkənin Özünümüdafiə Qüvvələrini “ballistik raketlərə qarşı dağıdıcı tədbirlərin görülməsinin mümkünlüyünü” barədə məlumatlandırıb.

Nazir ballistik raket vurulacağı təqdirdə zərəri məhdudlaşdırmaq üçün lazım olan tədbirləri həyata keçirmək barədə də göstəriş verib.

Bildirilib ki, müdafiə naziri Okinavanın cənubunda Patriot PAC-3 raketlərini istifadə edə bilən hərbi birləşmələrlə yanaşı, SM-3 interseptorları (raket önləyicilər) ilə təchiz olunmuş hərbi gəmilərin yerləşdirilməsi üçün hazırlıqların başlanması barədə göstəriş verib.

Qeyd edək ki, 2012 və 2016-cı illərdə Şimali Koreya peyk buraxılışı adlandırdığı ballistik raketləri sınaqdan keçirib. Hər iki raket Okinava bölgəsi üzərindən uçub.

Yapon mediası 2012-ci ildə Müdafiə Nazirliyinin eyni hazırlıq əmrini verdiyini yazıb.

Pxenyan peykin orbitə buraxılma tarixini açıqlamayıb, KXDR- in lideri Kim Çen In peykin “planlaşdırılmış tarixdə” göndəriləcəyini bildirib.

Xatırladaq ki, peykin orbitə yerləşdirilməsi üçün Şimali Koreyaya buraxılması qadağan edilən uzaq mənzilli mərmi tələb olunur, çünki BMT bu cür təlimləri ballistik raket texnologiyasının sınaqları kimi qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər