-1 C
Baku
Saturday, February 22, 2025

Yaponiya hakimiyyəti “Tesla”nı “Nissan”a sərmayə qoymağa “razı salmağı” planlaşdırır

Yaponiya siyasətçiləri və iş adamları “Tesla”nı “Nissan”a sərmayə qoymağa “razı salmağa” çalışırlar, bu barədə “Financial Times” yazır. Qəzetin verdiyi məlumata görə, onlar “Tesla”nın strateji tərəfdaş olacağına ümid edirlər. “Tesla” avtomobil istehsalçılarına sərmayə qoymasa da, mütəxəssislər hesab edirlər ki, “Nissan”ın ABŞ-dəki zavodlarını idarə etmək fürsəti onun üçün maraqlı ola bilər.

“Tesla”nı cəlb etmək planı “Nissan”, “Honda” və “Mitsubishi” birləşmək planlarından imtina etdiklərini rəsmən elan etdikdən sonra ortaya çıxıb. İdeya “Tesla”, “Foxconn” və digər investorlardan ibarət konsorsiumun yaradılmasını nəzərdə tutur.

“FT”yə görə, “Nissan”  son həftələrdə fəal şəkildə strateji investorlar axtarır. Şirkətin idarə heyətinin bəzi üzvləri “Tesla” və “Apple” şirkətlərini təklif ediblər. Bu xəbərdən sonra “Nissan” səhmləri 9.47% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər