9 C
Baku
Thursday, December 26, 2024

Yaponiya hökuməti gəncləri daha çox alkoqol içməyə təşviq etmək üçün müsabiqə elan edib

Yaponiya hökuməti gənclərin daha çox spirtli içki qəbul etmələrini istəyir. Ölkənin vergi orqanları gəncləri daha çox spirtli içki qəbul etməyə təşviq etmək üçün 20-39 yaş arası insanlar arasında müsabiqəyə başlayıb.

Müsabiqə iştirakçıları “yeni məhsullar və dizaynlar”, eləcə də evdə içki içməyi təşviq etmək yollarını təqdim etməlidirlər. Müsabiqədə qalib gələnlər oktyabrda ekspert məsləhətləşməsinə dəvət olunacaqlar. Vergi idarəsinin məlumatına görə, qalib şəxs ideyasını kommersiyalaşdırmaq üçün dəstək alacaq.

Pandemiyanın başlanmasından bəri spirtli içkilər satan bar və digər müəssisələr COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlərdən ağır zərbə alıb və nəticədə dünyanın üçüncü ən böyük iqtisadiyyatında içki satışından gələn satış və vergi gəlirləri kəskin şəkildə azalıb.

Hökumət nə təklif edir? Gəncləri daha çox içməyə həvəsləndirmək üçün yeni yollar tapmaq məqsədilə müsabiqəyə başlamaq təklif olunur.

Milli Vergi Agentliyinin nəzarətində olan “Sake Viva!” kampaniyası iştirakçıları yeni xidmətlər, tanıtım metodları, məhsullar, dizaynlar və hətta süni intellektdən istifadə edərək satış üsulları vasitəsilə alkoqol üçün “gənclərin tələbatını stimullaşdırmaq” haqqında ideyalar təqdim etməyə dəvət edir.

“Alkoqollu içkilərin daxili bazarı doğum nisbətinin azalması və əhalinin qocalması kimi demoqrafik dəyişikliklər, həmçinin COVID-19-un təsiri ilə bağlı həyat tərzi dəyişiklikləri səbəbindən daralır”, – deyə müsabiqənin saytında deyilir.

Lakin bu təşəbbüslə razılaşmayan da çoxdur. Sosial şəbəkələrdə “Siz zarafat edirsiniz, hə?”, “Alkoqoldan imtina etmək yaxşıdır!” və digər bu kimi rəylərə rast gəlmək olar.

2021-ci il hesabatında vergi agentliyi bildirib ki, içkiyə görə rüsumlar əsrlər boyu hökumətin əsas gəlir mənbəyi olub, lakin son onilliklərdə azalıb. Yaponiya 2021-ci ildə 1.1 trilyon yen (8.1 milyard dollar) alkoqol vergisi alıb ki, bu da ümumi vergi gəlirlərinin 1.7%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər