11 C
Baku
Friday, October 25, 2024

Yaponiya hökumətinin reytinqi rekord 30%-ə düşüb

Fumio Kişidanın başçılıq etdiyi Yaponiya Nazirlər Kabinetinin reytinqi rekord 30%-ə düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Nəşr ictimai rəy sorğusu keçirib. Ötən ay keçirilən sorğu ilə müqayisədə reytinq 5 bənd aşağı düşüb və 28% təşkil edib. Göstərici yalnız bu ilin fevral ayında Kişida hökumətinə dəstək səviyyəsinin 26%-ə, 2022-ci ilin dekabrında isə minimum 25%-ə endiyi zaman aşağı olub.

Eyni zamanda, nəşr yazır ki, mayda Kişidanın Ukraynaya səfəri fonunda hökumətin reytinqi 45%-ə yüksəlib.

Hökumətə dəstək sorğularında 30%-lik işarə çox vaxt kritik adlanır, çünki bu, kabinetin və baş nazirin istefasına, eləcə də parlamentdə yeni hökumət başçısının seçilməsinə səbəb olur.

Qeyd olunur ki, Kişida hakimiyyətə sələfi Yoşihide Suqanın reytinqlərinin aşağı düşməsindən (29%-ə qədər) sonra gəlib.

Son xəbərlər
Digər xəbərlər