Yaponiyanın baş naziri Sindzo Abe, bazar ertəsi hökumətin pandemiyadan zərər çəkmiş ev təsərrüfatları və müəssisələri dəstəkləmək üçün 108 trilyon yen (988 milyard dollar) vəsait ayıracağını bildirib.
Banker.az xəbər verir ki, bu haqda “Kyodo” agentliyi məlumat verib.
Təşviq tədbirləri 2008-ci il dünya maliyyə böhranı dövründə istifadə olunan 56.8 trilyon yen paketindən daha böyükdür.
“Bloomberg” in verdiyi məlumata görə, bu, Yaponiya tarixində ən böyük iqtisadi stimul paketi olacaqdır.