Bu gün Yaponiya hökuməti tam tərkibdə istefa verib.
Bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kisidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin yaxın bir neçə saatda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yaponiya hökumətinin hazırki tərkibi 2021-ci il oktyabrın 4-də Kisida Baş nazir postunu tutduğu zaman formalaşıb.