15 C
Baku
Wednesday, May 15, 2024

Yaponiya hökuməti istefa verib

Yaponiya hökuməti istefa verib. Verilən məlumata görə, bu kabinet 4 oktyabrda Fumio Kisidanın ölkənin Baş naziri vəzifəsində təyin edilməsi ilə əlaqədar olaraq yaradılıb. Lakin artıq 14 oktyabrda parlamentin aşağı palatası səlahiyyət müddətinin başa çatması səbəbindən buraxılıb, 31 oktyabrda yeni tərkib üçün seçkilər keçirilib.

Seçkilər nəticəsində Liberal Demokrat Partiyası 465 mandatdan 261-i qazanıb ki, bu da ona komitə rəhbərlərini təyin etməyə imkan verir. Beləliklə, nəticələrin LDP-nin 276 mandata malik olduğu 2017-ci ildəkindən daha pis olmasına baxmayaraq, müsbət qiymətləndirilib.

Qeyd edək ki, bu gün (10 oktyabrda) Yaponiyada parlamentin xüsusi sessiyası keçiriləcək və ölkənin yeni Baş naziri seçiləcək. Eyni günün axşamı yeni Baş nazir imperatorun təsdiqi mərasimində iştirak edəcək. Parlamentin sessiyası oktyabrın 10-dan 12-dək keçəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər