19 C
Baku
Thursday, May 2, 2024

Yaponiya hökuməti Rusiyadakı seçkilərin nəticələrini şərh etməkdən imtina edib

Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı ölkənin mövqeyini şərh etməkdən imtina edib. Eyni zamanda, o, Vladimir Putinin qalib gəldiyi ilkin nəticələri bildiyini qeyd edib.

“Daha əvvəl dediyim kimi, ölkəmiz Rusiyada keçirilən seçkilərə münasibət bildirməkdən çəkinir”, – Yoşimasa Hayaşi Qərb ölkələrinin Rusiyada keçirilən seçkiləri tənqid etdiyini xatırladan jurnalistin sualına cavab verib.

Tacikistan, Venesuela və Nikaraqua liderləri Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik ediblər. Almaniya, Böyük Britaniya və Polşa seçkiləri qeyri-azad və qanunsuz olduğunu bildiriblər. Cənab Putin deyib ki, Qərb ölkələrinin reaksiyası onu təəccübləndirməyib, çünki onlar Rusiyanın inkişafını cilovlamağa yönəlib.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, protokolların 99%-i işləndikdən sonra Vladimir Putin 87.33%, Nikolay Xaritonov 4.30%, Vladislav Davankov isə 3.81% səs toplayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər