6 C
Baku
Wednesday, January 15, 2025

Yaponiya hökuməti tam tərkibli istefa verib

Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökuməti bütövlükdə istefa verib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

“Ümid edirəm ki, yeni kabinet Yaponiyanın gələcəyini formalaşdıracaq siyasət xəttini güclü şəkildə təşviq edəcək”, – istefa verən Kişida bildirib.

Bir müddət sonra parlament ölkənin növbəti baş nazirini seçmək üçün növbədənkənar iclasda toplanacaq. Bunun ardınca ölkədə yeni nazirlər kabineti formalaşdırılacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Takeşi İvayanın təyin ediləcəyi gözlənilir. Abe dövründə o, müdafiə naziri vəzifəsində çalışıb. Nazirlər Kabinetinin keçmiş baş katibi Katsunobu Kato maliyyə naziri, Yoji Muto isə iqtisadiyyat, ticarət və sənaye naziri təyin ediləcək.

Son xəbərlər
Digər xəbərlər