12 C
Baku
Wednesday, December 11, 2024

Yaponiya hökumətinin reytinqi rekord həddə aşağı düşüb

Baş nazir Fumio Kisidanın rəhbərlik etdiyi Yaponiya hökumətini dəstəkləyənlərin səviyyəsi 28,3%-ə düşüb ki, bu da Kisidanın 2021-ci ilin oktyabrından bəri vəzifədə olduğu bütün müddət ərzində ən aşağı səviyyədir.

Bunu “Kyodo” agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Dəstək səviyyəsi oktyabrın 14 və 15-də keçirilmiş əvvəlki sorğu ilə müqayisədə 4 faiz bəndi azalıb. Eyni zamanda, hökumətin fəaliyyətindən narazı olanların sayı 4,2 faiz artaraq 56,7%-ə çatıb.

Respondentlərin 62%-dən çoxu qiymət artımı fonunda əhaliyə dəstək üçün əvvəllər elan edilmiş tədbirdən narazı olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər