16 C
Baku
Wednesday, October 22, 2025

Yaponiya ilə Çin işgüzar səfərləri bərpa edir

Noyabrın 30-dan başlayaraq Yaponiya və Çin arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır.

Bundan sonra iş adamlarına həm qısa, həm də uzunmüddətli qarşılıqlı səfərlər üçün icazə veriləcək.

Əlavə edək ki, Yaponiya artıq Sinqapur, Koreya Respublikası və Vyetnam ilə də eyni addımı atıb.

Tokionun yaxınlığında yerləşən “Narita” aeroportunda Çindən gələnlərin sayının artacağı gözlənilir. Çin şəhərlərindən bu aeroporta həftədə 20 aviareys həyata keçirilir.

Aeroportda artıq qoruyucu və ya xüsusi geyimdə olan Çin vətəndaşlarının Tokioya gəldiyi qeydə alınıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər