9 C
Baku
Thursday, December 12, 2024

Yaponiya İmperatoru ilk dəfə xaricə səfər edib

Yaponiya İmperatoru Naruhito və xanımı, imperatriça Masako kraliça II Elizabetiın dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyaya səfər ediblər.

NHK telekanalı hökumət təyyarəsinin Tokionun Haneda hava limanından yola düşməsini yayımlayıb.

Onları hava limanında vəliəhd şahzadə Akişino və şahzadə Kiko yola salıblar. Dəfn mərasimində iştirak etdikdən sonra Naruhito və Masako sentyabrın 19-da Yaponiyaya qayıdacaqlar. Onların olmadığı müddətdə Akişino imperatorun dövlət işləri üzrə müvəqqəti nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Bu, imperator cütlüyünün xaricə ilk səfəridir.

Naruhito Böyük Britaniyaya hələ 2019-cu ildə taxta çıxdıqdan sonra səfər etməyi planlaşdırırdı, lakin buna koronavirus pandemiyası mane olub.

II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib. O, Britaniya tarixində ən uzun müddət – 70 il yeddi ay hakimiyyətdə olub. Yeni monarx onun böyük oğlu, III Çarlz adını götürən 73 yaşlı Çarlzdır.

 

 

Son xəbərlər
Digər xəbərlər