-3 C
Baku
Sunday, December 15, 2024

Yaponiya iqtisadiyyatı birinci rübdə tənəzzül yaşayıb

Yaponiya iqtisadiyyatı son 4,5 il ərzində ilk dəfədir ki, tənəzzülə uğrayıb. Bunun əsas səbəbi hökumətin koronavirus pandemiyasının yayılması ilə əlaqədar fövqəladə rejiminin elan edilməsi olub.

Banker.az “Vesti.ru”ya istinadən xəbər verir.

Verilən son məlumatlara görə, birinci rübdə Yaponiyanın ÜDM-si keçən ilin eyni dövrü ilə müqayisədə 2,2% azalıb. Qeyd edək ki, iqtisadçılar mənfi 2,1% azalma gözləyiblər.

2019-cu ilin dördüncü rübündə dünyanın üçüncü ən böyük iqtisadiyyatı azalıb. İki rübün nəticələri texniki geriləmənin tərifinə uyğun gəlir.

Yeni məlumatlara görə. yanvar-mart aylarında fərdi istehlak əvvəllər bildirildiyi kimi 0,7% deyil, əvvəlki üç aylıq dövrlə müqayisədə 0,8% azalıb.

Bununla yanaşı, biznesə kapital qoyuluşu 1,9% artıb.

Lakin iqtisadçılar qeyd edirlər ki, kapital qoyuluşunun artıma doğru getməsi Covid-19 pandemiyasının nəticələrini dəqiq əks etdirmir, çünki bir çox şirkət planlarını vaxtında təqdim etməmişdir.

Son xəbərlər
Digər xəbərlər